Polis Avropada yaşayan siyasi mühacir Yusif Rəsulovun evində axtarış aparıb
25-04-2024, 16:09
31
Polis Avropada yaşayan siyasi mühacir Yusif Rəsulovun evində axtarış aparıb
İcxeber.info mediasına istinad edib xəbər veririki, Avropada yaşayan siyasi mühacir Yusif Rəsulovun yaşadığı və qeydiyyatda olduğu evdə polis tərəfindən axtarış aparılıb.
Bu barədə media orqanlarına siyasi mühacirin valideyni vəkil vasitəsilə məlumat verib.
O, bildirib ki, 2024-cü il aprel ayının 24-də, səhər saat 11:00 radələrində biri mülki geyimli olmaqla 2 nəfər polis əməkdaşı evə gəliblər. Hər hansı sənəd və səbəb təqdim etmədən formada olan polis əməkdaşı evə girib və bütün otaqları axtarmağa başlayıb. Digər mülki geyimdə olan polis əməkdaşı isə evin girişində gözləyib.
Bu an evdə tək olan Yusif R.-un anası bir neçə dəfə polis əməkdaşlarından nəyə görə evə gəlib axtarış apardıqlarını soruşsa da, onlar yalnız - "Yusif hardadır? Bizə o lazımdır!" deyə cavab veriblər.
Evdə təxminən 25 dəqiqə axtarış aparan polis əməkdaşları 1 ədəd noutbuk və 1 ədəd mobil telefonu qeyri-qanuni şəkildə götürərək evi tərk ediblər.
Xatırladaq ki, Yusif R. Azerbaycan hakimiyyəti tərəfindən üzləşdiyi təzyiqlərə görə, ailsəi ilə birlikdə bir müddətdir ki, mühacir həyatı yaşayır.
скачать dle 12.1