Yeni ildə ilk körpə Qubada dünyaya gəlib

2-01-2017, 15:58
0
Yeni ildə ilk körpə Qubada dünyaya gəlib
2017-ci ildə Quba rayonunda ilk körpə dünyaya gəlib.
Quba Perinatal Mərkəzindən verilən məlumata görə, 00:03 radələrində anadan olmuş ilk körpə Quba şəhəri, Memar Əcəmi, ev 32 ünvanında yaşayan Hüseynovların ailəsinə sevinc bəxş edib. Atası Hüseynov Azər İsmət oğlu, anası isə Hüseynova Aynur Elman qızıdır. Anadan olmuş uşaq qızdır, o, sağlamdır.
2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 1-nə keçən gecə saat 23:45 radələrində isə Quba rayonunda sonuncu körpə anadan olub. Quba şəhəri, ev 81 ünvanında yaşayan İlyasovlar ailəsinə sevinc bəxş edən oğlan uşağı saat 19:00 radələrində anadan olub. Onun çəkisi 3,6 kiloqram, boyu 0,50 santimetrdir.
скачать dle 12.1
Xəbər lenti