SEPAH generalı nüvə bombasından danışdı, TEHRAN dərhal reaksiya verdi

22-04-2024, 18:27
34
SEPAH generalı nüvə bombasından danışdı, TEHRAN dərhal reaksiya verdi
“İran İslam Respublikası nüvə silahının yaradılmasını nəzərdə tutmur”.
Xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani mətbuat konfransında bildirib.
“İran İslam Respublikasının nə hərbi, nə də müdafiə doktrinasında nüvə silahı barədə söhbət aparılır. Biz dəfələrlə bu məsələ ilə bağlı İranın mövqeyini ifadə etmişik, bu doktrinalarda heç bir düzəliş edilməyib”, - deyə Kənani qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, onun ölkəsi nüvə enerjisindən təhlükəsizliyə olan təhdidlərə qarşı istifadə etmək hüququna malikdir və uzun illərdir ki, beynəlxalq qaydalara uyğun hərəkət edir:
“Bu baxımdan nüvə enerjisinin inkişafı istiqamətində fəaliyyətimiz davam edir və edəcək”, - deyə Nasir Kənani bildirib.
Aprelin 18-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əhməd Həktəlab İsrailin İranın nüvə obyektlərinə hücumla hədələməsi halında Tehranın nüvə doktrinasına yenidən baxmağa hazır olduğunu açıqlayıb.скачать dle 12.1
Xəbər lenti