'Bank Melli İran'ın Bakı filialı fəaliyyətini genişləndirir

1-05-2025, 20:34
12
'Bank Melli İran'ın Bakı filialı fəaliyyətini genişləndirir
"Bank Melli İran"ın Bakı filialı fəaliyyətini tam bərpa edib.
Bu barədə APA agentliyinə filialdan məlumat verilib.
Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna da başlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin mayında filialda yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB-nin sədri Taleh Kazimov bununla bağlı bildirmişdi ki, filialda nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib: "Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək".
Bundan əvvəl, aprelin 28-də Bakıda səfərdə olan İran prezidenti Məsud Pezeşkian Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüş, tərəflər əməkdaşlıqla bağlı bir çox sənədlər imzalamışdı. Prezidentlərin mətbuata bəyanatlarında vurğulanmışdı ki, tərəflər beynəlxalq təşkilatların nəzdində də birgə əməkdaşlığa üstünlük verirlər.скачать dle 12.1
Xəbər lenti