“Müxalifətin içindəki müxalifət” – Saxtakarlığın dərin izləri və xalqın unutduğu sual

26-05-2025, 17:35
9 814
“Müxalifətin içindəki müxalifət” – Saxtakarlığın dərin izləri və xalqın unutduğu sual

30 ildən artıqdır ki, Azərbaycan xalqı təkcə Əliyevlər diktaturasının deyil, həm də onun yaratdığı saxta müxalifət rejiminin əsarətindədir. Xalq illərlə “ümid” adı altında aldadılıb, mübarizə isə bir tamaşaya çevrilib. Bu gün “müxalifət” adlananların çoxu bir-birini satqınlıqda, hakimiyyətlə əməkdaşlıqda ittiham edir. Amma sual budur: əgər hamı bir-birini satqın adlandırırsa, kim mübarizdir, kim xalqın tərəfindədir?Bu xaos təsadüfi deyil. Əliyev rejimi təkcə güc strukturları ilə yox, həm də genetik səviyyədə manipulyasiya olunmuş “alternativ” müxalifət yaratmaqla idarə mexanizmini qurub. Bu saxta müxaliflər xalqın enerjisini udur, ümidini öldürür, düşüncəsini boğur. Onlar sistemin bir hissəsidir – rejimin əlindəki kuklalar.Əsl məqsədləri nə azadlıq, nə də ədalətdir. Onlar üçün əsas olan şöhrət, qrant, sığınacaq və sosial mediada görünməkdir. “Radikal” görünürlər, amma rejimin icazə verdiyi həddə qədər. Yəni satqınlığın da “limit”i var.Bu gün xalq yenə aldadılan, susan və əzilən tərəfdir. Hər kəs “kimin haqlı olduğunu” düşünür, amma heç kim “xalqın harada olduğunu” soruşmur. Həqiqət isə acıdır — xalq yenə tamaşanın tamaşaçısıdır.Əziz oxucu, siyasət təkcə deputatlar, liderlər və partiyalar deyil. Siyasət – sənin sükutundur, sənin qorxundur, sənin hərəkətsizliyindir. Hər dəfə susanda rejim bir addım daha möhkəmlənir. Səssizlik – həm diktaturanın, həm də saxta müxalifətin yanacağıdır.Unutma:Bu gün sadəcə “dolanc yolu” axtardığını düşünürsənsə, səhv edirsən. Sən, fərqinə varmadan, hakimiyyətin dəyirmanına su tökürsən.Sabah bu səssizlik sənin övladının azadlığını, gələcəyini, hətta ləyaqətini əlindən alacaq.Susmaq – razılaşmaqdır. Razılaşmaq – rejimə xidmət etməkdir.Ayılmaq vaxtıdır. Həqiqi mübarizə səs salmaqla yox, doğrunu qorumaqla və susmamaqla başlayır.


Müəllif: Əli Nur – Müstəqil Araşdırmaçı, ictimai-siyasi fəal

скачать dle 12.1
Xəbər lenti