Tanışını öldürən, meyitini iki hissəyə bölən... müharibəyə gedir
9-04-2025, 18:49
16
Tanışını öldürən, meyitini iki hissəyə bölən... müharibəyə gedir
Udmurtiyada qətldə ittiham olunan 37 yaşlı sakinə qarşı cinayət işi dayandırılıb. Çünki o, Rusiya Müdafiə Nazirliyi ilə Ukraynada aparılan təcavüzkar müharibədə iştirakla bağlı kontrakt bağlayıb. Bu haqda AzadlıqRadiosunun "İdel.Realii" portalı məlumat yayıb.
Həmin kişi 2024-cü ilin dekabrında birlikdə içdiyi tanışı ilə mübahisədən sonra onu boğazından bıçaqlamaqda ittiham olunurdu. Bildirilirdi ki, o, tanışını divana yıxaraq bədəninə çoxsaylı zərbələr vurub.
"Daha sonra cinayətin izlərini itirmək üçün meyiti boyun nahiyəsindən iki yerə parçalayıb, başı və bədəni evinin müxtəlif yerlərində gizlədib", – rəsmi məlumatda deyilirdi.
Udmurtiya prokurorluğu təqsirləndirilənin adını çəkməsə də, məhkəmənin saytında söhbətin
Anton Belkov barədə getdiyi aydın olur.
Məhkəmə hərbi xidmətə çağırış məntəqəsinin rəisindən gələn vəsatəti təmin edib, həbs-qətimkan tədbiri ləğv olunub və müttəhim
"Rusiya Federasiyası Müdafiə Nazirliyinin səlahiyyətli şəxsinə təhvil verildiyi andan" azadlığa buraxılıb.
2024-cü ildən Rusiyada təqsirləndirilən şəxslərə Müdafiə Nazirliyi ilə kontrakt imzalamaq imkanı verilib. Xidmət müddəti ərzində məhkəmə araşdırması dayandırılır. Məhkəmə icraatı mərhələsində kontrakt bağlamaqla cinayət məsuliyyətindən tamamilə yayınmaq da olar.
скачать dle 12.1