Belarusda həbsdə olan jurnalistin qardaşı saxlanıb
10-05-2025, 12:55
37
Belarusda həbsdə olan jurnalistin qardaşı saxlanıb
"Həyat üçün ölkə" (Краіна для жыцця) fondunun məlumatına görə, jurnalist İqar Losikin kiçik qardaşı
Mikita Losik 2025-ci il aprelin ortalarında Belarusda saxlanılıb və hazırda həbsdədir. "Nasha Niva" saytının və AzadlıqRadiosunun Belarus xidmətinin mənbələri gəncin saxlanması faktını təsdiqləyiblər.
AzadlıqRadiosunun Belarus xidmətinin mənbəsinin sözlərinə görə,
N.Losik 2022-ci ildə Rusiya hərbi texnikasının hərəkətini əks etdirən bir neçə fotoşəkili "Белорусский Гаюн" teleqram kanalına göndərdiyi üçün "ekstremist fəaliyyətə kömək etmək"də ittiham olunur. Onun barəsində cinayət işi açılıb. Losik Vitebsk istintaq təcridxanasında saxlanılır.
Mikita Belarusda prezidentliyə namizəd Sergey Tixanovskinin işi üzrə kütləvi iğtişaşların təşkili və "nifrət nitqi" və ya nifaq salmaq maddələri ilə 15 il müddətinə azadlıqdan məhrum edilən İ.Losikin kiçik qardaşıdır. İ.Losik 2020-ci ilin avqust prezident seçkilərindən əvvəl, iyunda saxlanılıb və o vaxtdan bəri həbsdən buraxılmayıb.
İ.Losikin həyat yoldaşı
Darya 2022-ci ilin oktyabrında saxlanılıb, o, ekstremist fəaliyyətə kömək etməkdə ittiham edilib və 2 il müddətinə azadlıqdan məhrum edilib. 2024-ci il iyulun 3-də vaxtından əvvəl azadlığa buraxılıb.
Jurnalist
İ.Losik barədə hökm çıxarıldıqdan sonra o, göndərildiyi Novopolotsk 1 saylı İstintaq Təcridxanasında uzun aylar təkadamlıq kamerada saxlanılıb. Hüquq müdafiəçiləri xəbər verib ki, 2023-cü ilin martında İqor koloniyada ona edilən təzyiqlərə görə qolunu və boynunu ülgüc ilə kəsib.
İ.Losikin bütün vəkilləri ya ölkəni tərk etmək məcburiyyətində qalıb, ya da lisenziyaları ləğv edilib. Losikdən bugünə qədər valideynlərinə son məktub 2023-cü il fevralın 20-də gəlib.
скачать dle 12.1