“Moskvanın Kölgəsində Qul Dövlət: Xilaskar Mifinin və Kölgə Gücün Gerçəkliyi“

25-06-2025, 17:26
10 040
“Moskvanın Kölgəsində Qul Dövlət: Xilaskar Mifinin və Kölgə Gücün Gerçəkliyi“

32 ildir Azərbaycan xalqı yalana aldanır: 
Heydər “xilas etdi”, İlham “müstəqilliyi qoruyur”. Həqiqət: xalqı xilas edən yox, əsarəti bərpa edən sistemin memarları idi. Bu sistemin ən mərkəzi fiquru – Ramiz Mehdiyevdir.

Heydər Əliyev – KQB-dən Prezidentliyə:
1993-cü ildə Moskva öz “xilaskarını” Azərbaycana gətirdi.Heydər Əliyev KQB məktəbində böyüyüb, xalq, azadlıq və ədalət onun üçün sadəcə sözlər idi.Dövlət idarəçiliyinə gətirdiyi qayda: itaət edən yaşadı, soruşan susduruldu.

Ramiz Mehdiyev – sistemin özü:

Ramiz Mehdiyev sıradan bir fiqur deyil.O, gücün özüdür — həm hakimiyyətin, həm müxalifətin, həm də xarici əlaqələrin strateji koordinatordur.Onun əlindəki kompramatlar yalnız İlham Əliyevə deyil, həm də Kreml və FSB-nin yüksək vəzifəli adamlarına toxunur.Bir çox müxalif lider onun zamanında peyda olub, hələ də ana müxalifətçi kimi fəaliyyət göstərir.

İlham Əliyev – sıradan bir əyyaş:
2003-cü ildə taxta çıxan İlham Əliyev ata-puluna, atasının vəzifəsinə və gücünə güvənərək siyasətə gəldi.
O, öz gücü və qüdrəti ilə hakimiyyətə gəlməyib.O zaman onu hakimiyyətə gətirən əsas qüvvələr: Kreml, Ramiz Mehdiyev, bəzi ingilis enerji şirkətləri və yahudi lobbisi idi.İlham Əliyev enerji axınlarını idarə edərək xalqı girov saxlayır, amma Ramiz Mehdiyevin siyahısındakı sıradan fiqurdur — lazım gəlsə sistem onu tənzimləyəcək.

Xırda buynuzlu fiqurlar: 
Eldar Mahmudov və digərləri
Eldar Mahmudov və onun kimi MTN və digər məmurlar sistem üçün qurban ola bilərlər.Bu fiqurların düşməsi Ramizin gücünü azaltmır; əksinə, sistemin bərpası üçün istifadə olunur. Ramiz öz arxivləri və əlaqələri ilə hələ də hakimiyyətin və müxalifətin arxasında duran strateji mərkəzdir.
Çin görüşü – formal jest:

Çin sammitində İlham Əliyev və Putin yalnız formal salamlaşma etdilər.Bu görüş problemi həll edə bilmədi, çünki məsələ yalnız Putinin qərarına bağlı idi və Kremlin tələbləri mövcud idi.

Xalq və sükut:
Xalq hələ də “sabitlik” mifinə inanır.Amma bu sabitlik – qorxunun sükutudur.Azadlıq istəyən “xain”, talançılar isə “lider” kimi təqdim olunur.Hər diktatorun ömrü xalqın qorxusu qədərdir. Qorxu bitdiyi gün sistem çökür.


Son söz:
Heydər Əliyev – müstəqilliyi dəfn etdi:

Ramiz Mehdiyev – hakimiyyətin və müxalifətin kölgə koordinatoru, gücün özü.İlham Əliyev – xalqı girov saxlayan, amma Ramizin siyahısındakı sıradan bir fiqur.Sistem özünü təmizləyir, qurbanlar dəyişir, amma struktur qalır.Xalq bir dəfə oyananda, heç bir sistem, heç bir Kremlin strateji planı onu saxlaya bilməyəcək.


Müəllif: Əli Nur – Müstəqil Araşdırmaçı, ictimai-siyasi fəal

скачать dle 12.1
Xəbər lenti