Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA - DİN-dən AÇIQLAMA
9-04-2025, 18:40
20
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA - DİN-dən AÇIQLAMA
Bəzi sosial şəbəkələrin Azərbaycan seqmentində müəmmalı görüntülər yayılıb. Naməlum kişinin qadın paltarı geyinərək gənc qızları aldatdığı, onları orqan mafiyasının qurbanına çevirdiyi və hazırda Gəncədə olduğu iddia edilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev
BAKU.WS-ə bildirib ki, yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və 1971-ci il təvəllüdlü həmin qadın polis orqanına dəvət edilib.
"Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə almasından ötrü Lənkəran Rayonlararası Psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib", - deyə məlumatda qeyd olunub.
скачать dle 12.1