Məhəmməd Kekalov cinayət məsuliyyətinə cəlb olunub, o ailəsinin tutduğu vəkildən imtina edib

25-11-2023, 20:50
175
Məhəmməd Kekalov cinayət məsuliyyətinə cəlb olunub, o ailəsinin tutduğu vəkildən imtina edib
İctimai fəal Məhəmməd Kekalov cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.
DİN sözçüsü bildirib ki, M.Kekalov eyni cinayət işi (AbzasMedia-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının işi – red.) üzrə CM-in 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçaqmalçılıq) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Məhəmməd Kekalov ailəsinin tutduğu vəkildən imtina edib

İctimai fəal Məhəmməd Kekalov ailəsinin tutduğu vəkil Rövşanə Rəhimovanın müdafiəsindən imtina edib.
Bu barədə AzadlıqRadiosuna bugün, noyabrın 23-də Xətai Rayon Polis İdarəsində müstəntiqin iştirakı ilə Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimova bildirib.
Rövşanə Rəhimovanın sözlərinə görə, Məhəmməd Kekalov ona deyib ki, o heç bir günah işlətməyib deyə vəkil kimi xidmətlərə ehtiyac duymur.
Vəkilin vurğulamasına görə, Məhəmməd Kekalovla konfidensial şəkildə görüşmək istəsə də müstəntiq buna imkan yaratmayıb.
Amma vəkil onu da əlavə edib ki, Məhəmməd Kekalovun sifətində işgəncə əlamətləri müşahidə etməyib.
Vəkil vurğulayıb ki, Məhəmməd Kekalov normal görünüb, onda hər-hansı xəsarət müşahidə etməyib.
Vəkil deyib ki, Məhəmməd Kekalov cinayət işinə şübhəli şəxs qisimində cəlb edilib, onun haqqında həbs qətimkan tədbiri seçilməyib.

Vəkil Məhəmməd Kekalovla görüşə bilmir

Bundan əvvəl verrilən xəbərdə deyilirdi ki, noyabrın 20-də evindən zorla aparılaraq saxlandığı deyilən ictimai fəal Məhəmməd Kekalovla vəkili Rövşanə Rəhimova görüşə bilmir.
Bu barədə vəkil R.Rəhimova özü bildirib. Vəkil M.Kekalovun harada saxlanıldığından xəbərsizdir: “Xəbər aldıq ki, Xətai rayon Polis İdarəsindədir, qardaşına belə deyiblər, amma onu da görüşə buraxmırlar”.
R.Rəhimova Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevin M.Kekalovun başqa vəkili olduğu barədə açıqlamasına da reaksiya verib: “Elşad Hacıyev mənə də belə deyib. Amma Məhəmməd Kekalovun ailəsi ilə müqaviləm var, həm də saxlanılan şəxs özü imtina etməsə, məni kənarlaşdıra bilməzlər”.
R.Rəhimova M.Kekalovun işgəncəyə məruz qalması barədə iddialardan xəbərdar olduğunu deyib: “Ancaq mən Məhəmməd Kekalovun özü ilə görüşmədən heç nə söyləyə bilmərəm”.
Bu məsələyə, hələlik, DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Nazirlik bundan əvvəl M.Kekalovun “müvafiq” cinayət işi ilə bağlı məsuliyyətə cəlb edildiyini, araşdırma aparıldığını demişdi.
DİN-dən işgəncə iddialarına da münasibət almaq mümkün olmayıb. Amma nazirlik insanların polisdə saxlanarkən işgəncələrə məruz qalması ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib edir.скачать dle 12.1
Xəbər lenti