Gənc fəalın inzibati qaydada həbs edildiyi deyilir

22-10-2023, 18:16
71
Gənc fəalın inzibati qaydada həbs edildiyi deyilir
Azərbaycanda ictimai fəal Məhəddin Orucovun inzibati qaydada həbs olunduğu bildirilir. Bu barədə onun yaxınları AzadlıqRadiosuna məlumat veriblər. Onların sözlərinə görə, fəal oktyabrın 19-da əvvəl Bakıda 32-ci polis bölməsinə aparılıb və orada barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub. Daha sonra isə Suraxanı rayon Məhkəməsinin qərarı ilə onun 30 sutka müddətinə həbs və 200 manat cərimə olunduğu bildirilir.
Yaxınları hesab edirlər ki, M.Orucov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə həbs olunub.
Fəalın polis bölməsində olarkən orada fiziki təzyiqə məruz qaldığı da iddia olunur.
Amma bütün bu deyilənlərə Daxili İşlər Nazirliyi və Suraxanı rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.
Son həftələr Azərbaycanda oxşar ittihamlarla beşdən çox müxalifətçi və ictimai fəal inzibati qaydada həbs edilib. Yaxınları onların tənqidi mövqelərinə görə şərləndiyini hesab edirlər. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim tənqidi mövqeyinə görə təqib edilmir.скачать dle 12.1
Xəbər lenti