Fəal Emin Axundov 30 sutka həbs edilib

18-10-2023, 11:08
1 118
Fəal Emin Axundov 30 sutka həbs edilib

İctimai fəal Emin Axundov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə Turan-a onun atası Xalid Axundov bildirib.

Şənbə günü günü Binəqədi rayonunun 5-ci polis bölməsinə çağırıblar. “Biz birlikdə getdik. Mən küçədə gözlədim. Sonra məndən onun telefonunu istədilər və dedilər ki, guya İnternetdə kimisə söyüb. Sonra mənə dedilər ki, evə gedə bilərəm,  Emini isə sabah buraxacaqlar. Ertəsi gün öyrəndik ki,  30 sutka həbs olunub”, – Axundov  deyib.

Ata qeyd edib ki, fəal İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələrilə təqsirli bilinib.

Axundov oğlunun ünvanına ittihamları rədd edərək deyib ki, onu sosial şəbəkələrdəki yazılarına görə həbs ediblər. Fəala qarşı ittihamlardan şikayətediləcək.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. 

скачать dle 12.1
Xəbər lenti