İspaniya La Liqasının oyunlarında zəlzələdə ölənlərin xatirəsi yad olunacaq

11-02-2023, 16:20
4 569
İspaniya La Liqasının oyunlarında zəlzələdə ölənlərin xatirəsi yad olunacaq

İspaniya La Liqasında və Sequndasında bu tur keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

"Report" xəbər verir ki, matçlarda Türkiyə və Suriyadakı zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Bundan başqa, meydana ilk "11-lik"də çıxan futbolçuların start fitindən əvvəl faciə qurbanlarına kömək üçün başladılan kampaniyaları təşviq edən pankartlarla şəkil çəkdirəcəklər.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 20 213 nəfər ölüb, 80 052 nəfər isə yaralanıb.

скачать dle 12.1
Xəbər lenti