"Hatayspor" Türkiyə Super Liqasında çıxışını dayandırıb

10-02-2023, 19:09
4 826
"Hatayspor" Türkiyə Super Liqasında çıxışını dayandırıb

Türkiyənin "Hatayspor" komandası Superliqada çıxışını dayandırıb.

"Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlama verib.

Funksioner bildirib ki, klub zəlzələ səbəbindən bu mövsüm ölkə çempionatında iştirak etmək istəmir: "Bununla bağlı TFF-yə məktub göndəriblər. "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik".

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.

скачать dle 12.1
Xəbər lenti