Zəlzələ zonasında ölü sayı 9 min 500-ü keçir

8-02-2023, 19:17
4 302
Zəlzələ zonasında ölü sayı 9 min 500-ü keçir

Zəlzələ zonasında azı 9 min 500 nəfərin öldüyü təsdiqlənib.

Türkiyədə ölü sayı 7 min 100-ü keçib, 40 mindən çox yaralı var. Fəlakət və Fövqəladə Vəziyyətlərin İdarə Olunması İdarəsi (AFAD) iş başında olan xilasedici sayının 96 mini keçdiyini bildirib.

Qonşu Suriyada isə 2 min 470 nəfər ölüb.

+++

Fevralın 8-də zəlzələ zonasında xilasetmə işləri davam edib. Rəsmilər Türkiyə və Suriyada zəlzələdən ölənlərin sayının 8 min 700-ü keçdiyini deyirlər.

Şaxtalı hava və yüzlərlə afterşok xilasetmə əməliyyatları əngəlləyir.

Suriyanın Cindayris şəhərində dağıntılar altından yenicə doğulmuş, ölü anasına göbəkbağıyla bağlı qalmış körpə xilas edilib.

“Tozu təmizləyəndən sonra göbəkbağısı üstündə körpəni tapdıq, bağı kəsdik, əmioğlum onu xəstəxanaya apardı”, – qohum “AFP” agentliyinə danışıb.

Ən böyük ziyan Türkiyənin Qaziantep vilayətinə dəyib, yüzlərlə bina uçaraq yolları kəsib və xilasetmə əməliyyatlarını çətinləşdirir.

Ayaqqabı və isti geyimi olmayan evsizlər qarlı-şaxtalı havada küçədə qalıblar.

скачать dle 12.1
Xəbər lenti