Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını bəyan etdi

9-05-2018, 19:26
5 719
Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını bəyan etdi

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib.

Donald Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib.
“Əslində, saziş İrana uranı zənginləşdirməyə və yekunda nüvə sıçrayışına nail olmağa imkan yaradıb”, – deyə D.Tramp Ağ Evdə çıxışı zamanı bildirib.
“İndi bizdə əsaslı təsdiq var ki, İranın bu vədi yalan imiş”, – deyə D.Tramp qeyd edib.

ABŞ prezidenti İrana qarşı sanksiyaların yenidən işə düşəcəyini bildirib.amp.jpg[/thumb]

скачать dle 12.1
Xəbər lenti