Azərbaycanda TikTok-a məhdudiyyət götürülüb

31-10-2023, 16:26
93
Azərbaycanda TikTok-a məhdudiyyət götürülüb
Azərbaycan ərazisində TikTok sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş məhdudiyyət oktyabrın 31-dən aradan qaldırılıb.
Bu barədə məlumatları “Turan”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətindən də təsdiqləyiblər.
Azərbaycanda TikTok sosial şəbəkəsinin fəaliyyətinə məhdudiyyət sentyabrın 19-da tətbiq olunmuşdu. Rəsmi səbəbi açıqlanmasa da, ekspertlər bunu onda Qarabağda keçirilən hərbi əməliyyatlarla izah etmişdilər.скачать dle 12.1
Xəbər lenti