ABŞ və Aİ Rusiyanın hərbi maşınına zərbə vurmaq üçün səylərini fəallaşdırır

27-10-2023, 13:53
60
ABŞ və Aİ Rusiyanın hərbi maşınına zərbə vurmaq üçün səylərini fəallaşdırır
Birləşmiş Ştatlar və Aİ Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini sarsıtmaq üçün birgə səyləri fəallaşdırır. Bu barədə çərşənbə axşamı Bayden Administrasiyasının yüksək vəzifəli nümayəndələri bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Yeni səylər Rusiyanın müdafiə sənayesi üçün avadanlıq əldə etməsinə kömək edənləri; RF müdafiə sənayesi üçün xammal və digər məhsullar tədarük edən şirkətləri; həmçinin bununla bağlı köçürmələrə yardım edən maliyyə müəssisələrini əhatə edəcək, deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndələri bildiriblər.
“Düşünürəm ki, bu, ilin sonuna qədər bizim diqqət mərkəzimizdə olacaq”, deyə milli təhlükəsizlik üzrə müşavirin müavini Mayk Payl bildirib.
MTŞ-nin Avropa üzrə baş direktoru Amanda Sloat əlavə edib ki, ötən həftə Vaşinqtonda keçirilən sammitdə əldə edilmiş birgə saziş əsasında ABŞ və Aİ Rusiyanın müharibə aparmaq qabiliyyətini sarsıtmaq üçün birgə əlavə addımlar atırlar.
“Rusiyanın beynəlxalq hüquqa riayət etməməyə davam etdiyini və Ukrayna iqtisadiyyatını məhv etmək cəhdlərini nəzərə alaraq, biz tərəfdaşlarımızla, o cümlədən Aİ ilə Ukraynaya Rusiya tərəfindən vurulan zərərin ödənilməsi variantlarını tədqiq etmək üçün ekspertlər yığırıq”, deyə o qeyd edib.скачать dle 12.1
Xəbər lenti