“El Klasiko”nun qalibi müəyyənləşdi

22-04-2024, 18:43
34
“El Klasiko”nun qalibi müəyyənləşdi
Bu gün növbəti “El Klasiko” oynanılıb.
“Report” xəbər verir ki, “Real Madrid” və “Barselona” komandaları La Liqanın 32-ci turunda üz-üzə gəliblər.
Əzəli rəqiblərin “Santyaqo Bernabeu”dakı görüşündə 5 qol vurulub.
Qolların üçü “Real Madrid”ın hesabına yazılıb. Qalib komanda üçün qolları Vinisius (18-ci dəqiqə, penalti), Lukas Vaskes (73) və Jud Bellinqem (90+1) vurub. “Barselona” da isə Andreas Kristensen (6) və Fermin Lopes (69) fərqlənib.
İspaniya çempionatının turnir cədvəlinə 81 xalla "Real" başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.скачать dle 12.1
Xəbər lenti