“Barselona”

2-02-2017, 16:11
0
“Barselona”
“Barselona” futbol üzrə İspaniya Kubokunun 1/2 final mərhələsinin ilk oyununda “Atletiko” (Madrid) üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
Görüş Madrid şəhərinin “Visente Kalderon” stadionunda baş tutub.
Kataloniya klubunun heyətində qolları Luis Suares (7-ci dəqiqə) və Lionel Messi (33) vurub. Ev sahiblərindən Antuan Qrizmann (59) fərqlənib.
Cavab qarşılaşması fevralın 7-də Barselonada keçiriləcək. Digər yarımfinal oyununda “Alaves” və “Selta” qarşılaşacaq. İlk oyun cümə axşamı Viqo şəhərində keçiriləcək.
скачать dle 12.1
Xəbər lenti