Avropa İnvestisiya Bankı Ukraynaya 560 milyon avro yardım ayıracaq

18-04-2024, 19:41
159
Avropa İnvestisiya Bankı Ukraynaya 560 milyon avro yardım ayıracaq
Avropa İnvestisiya Bankı (EIB) Ukrayna hakimiyyətinə ölkənin bərpası üçün 560 milyon avro verəcək.
“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bankın prezidenti Nadia Kalvinyo bildirib ki, bununla bağlı memorandum bu gün Ukrayna rəhbərliyi ilə imzalanacaq.
Onun sözlərinə görə, bu vəsait enerji infrastrukturunun, avtomobil və dəmir yollarının, xəstəxanaların inşasına və mülki əhalinin müdafiəsinə sərf olunacaq:
“Ukrayna Avropa İnvestisiya Bankı üçün prioritetlərdən biri olaraq qalır”.скачать dle 12.1
Xəbər lenti