Nağıllar aləminə səyahət və ya NONSENS

29-10-2023, 13:07
95
Nağıllar aləminə səyahət və ya NONSENS
Kvazimodo və Esmeralda necə Qarabağ separatçılarının simvoluna çevrildi?
Ermənistanda Azərbaycanın Qarabağ bölgəsində yerləşən xristian abidələri ilə bağlı isteriya davam edir. Azərbaycanla sülh danışıqlarına getmədən, üç il ərzində onları sabotaj edərək, Azərbaycan ordusunun ermənilərin tələsik Qarabağı tərk etməsinə səbəb olan anti-terror əməliyyatından sonra Ermənistan hakimiyyəti qəfildən xristian abidələrinin taleyindən narahat oldu. Belə ki, özünü “Hay” mədəniyyət ombudsmanı adlandıran Ovik Avanesov Ermənistan mətbuatında çıxış edərək Qarabağın xristian abidələrinə təhlükə olduğunu bəyan edir. Eyni zamanda, nədənsə, bu siyahıya Qarabağın işğalı şərəfinə yaradılmış obyektləri də daxil edir. Məsələn, 2017-ci ildə Xocalı rayonunun Daşkənd kəndində həlak olmuş erməni işğalçılarının şərəfinə qoyulmuş xaç. İşğalçıların fəxrlə Avropada ikinci ən böyük xaç adlandırdıqları bu xaç Şuşanın girişində ucaldılmış tank abidəsi kimi söküldü.
Avanesovu “Biz və dağlarımız” (“Mı i naşi qorı”) abidəsinə Azərbaycan bayrağının yapışdırılması faktı xüsusilə qəzəbləndirir. Bu, onun fikrincə, “daha bir vandalizm aktı” olmaqla yanaşı, həm də “abidənin özünün mahiyyətinə və ideyasına ziddir”.
1967-ci ildə yaradılmış “Biz və dağlarımız” abidəsinin müəllifi Sarkis Baqdasaryan əvvəlcə Paris Notr Damından ilhamlanaraq, sadəcə iki başdan ibarət kompozisiya yaratmışdı və bu başlar Viktor Hüqonun “Notr Dam Kilsəsi” romanının əsas personajlarını - Kvazimodo və Esmeraldanı simvolizə edirdi. Yəni, yaradılan gündən bu abidənin Qarabağla, onun tarixi və mədəni irsi ilə heç bir əlaqəsi yox idi. Buna baxmayaraq, sonradan erməni təbliğatı heç bir bədii dəyəri olmayan bu abidəni Qarabağın simvoluna çevirdi.

“Bu gün rəsmi Bakı Artsax ərazisində azadlıq, müstəqillik və milli kimlik uğrunda mübarizədə Artsax ermənilərinin qələbəsini simvolizə edən bütün abidələrin dağıdılmasına başlayıb. Bu abidələr, obelisklər, xatirə guşələri 30 ildir ki, Artsaxın və onun xalqının ədalətli mübarizəsinin simvolu olub. Bu gün ilk olaraq, onlar işğalçılar tərəfindən məhv edilirlər”, - deyə Avanesov qəzəblənir.

Bu boşboğazın absurd məntiqindən belə çıxır ki, Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edərək, Qarabağın Ermənistan tərəfindən işğalına həsr olunmuş abidələrini qoruyub saxlamalı idi.
Yeri gəlmişkən, vandalizm və abidələrin separatçıların özləri tərəfindən qorunması haqqında maraqlı məqamlar mövcuddur. Sosial şəbəkələrdə abidənin erməni gəncləri tərəfindən üzərinə müxtəlif cızma-qaralar çəkildiyi “Biz və dağlarımız” adlı çoxlu fotoşəkillər var. Erməni mediası hətta abidənin arxa hissəsinin tualet kimi istifadə edildiyini əks etdirən videogörüntülər də təqdim edir. Separatçıların özləri öz simvolləri ilə belə davranırdılar!
Əgər Ovanesov hesab edirsə ki, Azərbaycan təbliğatı tamamilə yalan üzərində qurulub, bəs niyə ermənilərin özləri tərəfindən “Biz və dağlarımız” abidəsinin başına açılan vandalizmdən danışmır? Azərbaycanı əslində erməni kilsəsinin Qafqaz albanlarından mənimsədiyi erməni kilsələrini mənimsəməkdə ittiham edən Ovanesov Qarabağ məscidlərinə də toxunub. Onun sözlərinə görə, Şuşadakı məscidlər İran məscidləridir.
Azərbaycanın Şuşa şəhərindəki məscid memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən tikilib. O, Qarabağda yaradılmış nadir memarlıq məktəbinin nümayəndəsi idi. Kərbəlayi Səfixan Qarabaği yaradıcılığının səciyyəvi cəhəti Azərbaycan memarlığının ənənələrindən səmərəli və məharətlə istifadə olunması idi.
Ağdamda məscid (1868-1870), Aşağı Gövhər ağa məscidi (1874-1875), Yuxarı Gövhər ağa məscidi (1833), Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), Azərbaycanın indiki Füzuli rayonunun Horadiz kəndində (1891-1908) və Qoçaxmədli kəndində (1906) məscidlər və s. Qarabağiyə görə, Qarabağ məscidləri unikal arxitekturaya sahib olublar: daş sütunlarıla bölünmüş və qübbəli tavanlarla örtülmüş iki mərtəbəli qalereyalar.

Məscidlərin tikilmə tarixlərindən göründüyü kimi, onların tikintisi 19-cu əsrin ikinci yarısına təsadüf edir. Bu dövrdə Qarabağ ərazisi Rusiya imperiyasının tərkibində olub və bu məscidlər azərbaycanlı memar tərəfindən özünəməxsus üslubda tikilib. Amma Ovanesov bu dini tikililəri İrana məxsus hesab edir.

Boşboğazın yuxarıda qeyd etdiyimiz çılğınlıqları onun bir neçə il yaydığı nağıla bənzəyir. O deyirdi ki, Azərbaycanda və Türkiyədə ən çox yayılmış uşaq oyunlarından biri “Erməni qırğını”dır. Görünür, elə buna görə də Ovanesov öz xəstə fantaziyasına qapılıb, bu ilin avqustunda Əsgəran yaxınlığında yolda dayanaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi unla dolu maşınların keçməsinə icazə verməyən ermənilər arasında olub.
İndi də Ermənistanda peyda olan o, uca səslə Qarabağın xristian abidələrinə təhlükə olduğunu bəyan edir və onları qorumaq üçün səy göstərməyə çağırır. Ermənilər Xocalı rayonu Ulubab kəndi yaxınlığında yerləşən 13-cü əsr monastırını zibilliyə çevirəndə Ovanesovun özü harada idi?!
скачать dle 12.1
Xəbər lenti