“Vadaa” Azərbaycanda böyük zərərə düşüb

29-09-2015, 01:20
0
“Vadaa” Azərbaycanda böyük zərərə düşüb

“World Card”ın buraxılışını həyata keçirən Yapı Kredi Bank Azərbaycan zərər ilə işləyib.

“Marja” xəbər verir ki, Bank 2015-ci ilin birinci yarısını 1 milyon 730 min 210 manat zərər ilə başa vurub.

Bankın birinci yarımildə cəmi gəlirləri 27 milyon 140 min manat, o cümlədən,  faiz gəlirləri 18 milyon 804 min amant, qeyri-faiz gəlirləri isə 8 milyon 336 min manat təşkil edib.

Bankın cəmi xərcləri 22 milyon 923 min manat, o cümlədən faiz xərcləri 6 milyon  474 min manat, qeyri-faiz xərcləri 16 milyon 449 min manat olub.

Yapı Kredi Bank Azərbaycan xarici valyutanın məzənnə dəyişməsindən 5 milyon 802 min manat zərər edib.

Birinci yarımilin sonunda Bankın əməliyyat mənfəti 4 milyon 217 min manat olsa da, aktivlər üzrə yaradılmış ehtiyyata 5 milyon 750 min manat ayrıldığından Bankın 1 milyon 532 min manat zərəri yaranıb. Bank 198,16 min manat mənfəət vergisi ödədiyindən zərər 1 milyon 730 min manata çıxıb.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın aktivlər üzrə yaradılmış ehtiyata yüksək məbləğ ayırması abnkda problemli kreditlərin artmasına işarə edir.

“Vadaa”  World Card-ıtanıtmaq məqsədilə, reklam kampaniyasında istifadə edilən kiçik bənövşəyi animasiya məxluqların adıdır.

скачать dle 12.1
Xəbər lenti