Rusiyanın İstanbuldakı konsulluğunun binası qarşısında atışma olub. Türkiyə KİV-in yazdığına görə, naməlum şəxs konsulluq binasının qarşısında yaranan mübahisə zamanı atəş açıb. İnsident zamanı iki nəfər yaralanıb.
Baş verən hadisənin Rusiya konsulluğunun fəaliyyəti ilə bağlılığı olmadığı bildirilir.