Rusiya Obamanı Trampa mane olmaqda ittiham edir

28-12-2016, 16:21
0
Rusiya Obamanı Trampa mane olmaqda ittiham edir

Rusiya ABŞ-ın illik müdafiə xərcləri haqqında qanununu kəskin tənqid edib.

Bu qanun ötən həftə prezident Barack Obama tərəfindən təsdiq edilib.

Moskva bildirir ki, Barack Obama bu qanunla prezident seçilmiş Donald Trump-ı “anti-Rusiya” mövqeyi tutmağa məcbur edir.

Bu qanun imzalandıqdan dörd gün sonra, dekabrın 27-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Obama administrasiyasını gələcək Trump administrasiyasının altına minalar basdıqmaqda” ittiham edib.

Barack Obama 618, 7 milyard dollarlıq bu qanunun respublikaçıların nəzarətində olan Konqresdən keçməsinə nail ola bilib.

Zaxarova deyib ki, Obama administrasiyası habelə özünün son günlərində Rusiya üzərinə qoyulmuş sanksiyalrı gücləndirir və genişləndiirir.

Sözçü bildirir ki, Barack Obamanın məqsədi ABŞ və Rusiya arasında mövcud olan nüvə paritetini pozmaqdır.

Mariya Zaxorova həmçinin ABŞ prezidentinə bütün dünyada insan haqlarını pozanlara qarşı sanksiyalar tətbiq etmək hüququ verən Qlobal Maqnitski Aktının qəbul edilməsini də pisləyib.

Zaxarova deyib ki, Qlobal Maqnitski Qanunu Vaşiqntona xoşlanmadığı hökumətləri cəzalandırmaq imkanı verəcək və bütün dünyada “amerikasayağı demokratiyanın” yayılması siyasətini legtimləşdirəcək.

ABŞ prezidenti kimi vəzifəsinə yanvarın 20-də başlamalı olan Donald Trump hələ seçki kampaniyası dövründən Moskva ilə münasibətləri yaxşılaşdıracağını vəd edib.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin müdafiə xərcləri haqqında qanuna Suriya qiyamçılarına səyyar təyyarəvuran raketlərinin verilməsini mümkün edən maddə əlavə edilməsini pisləyib.

Moskva iddia edir ki, qiyamçlılar bu silahlardan Rusiya və Əsəd aviasiyasına qarşı istifadə edəcəklər.

скачать dle 12.1
Xəbər lenti