Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi

11-06-2018, 19:04
7 784
Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi
Gürcüstanın Xarici İşlər Nazirliyi Suriya ilə diplomatik münasibətləri dayandırdığı haqda bəyanat yayıb. Bəyanatda bildirilir ki, 1 iyun 2018-ci tarixində Gürcüstan Xarici İşlər Nazirliyinin Suriya ilə diplomatik münasibətlərin dayandırılmasına dair rəsmi notası ərəb ölkəsinin BMT və Misirdəki diplomatik nümayəndəliyinə göndərilib.
Gürcüstanın BMT yanındakı daimi nümayəndəsi də təşkilatın baş katibini iki ölkə arasında diplomatik əlaqələrin dayandırıldığı barədə məlumatlandırıb.
Sənəddə bildirilir ki, Suriya rejimi 29 may 2018-ci il tarixində qanunsuz qərar qəbul edib və Rusiya Federasiyasının təzyiqi altında beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymayaraq qondarma Suxumi və Sxinvali rejimləri ilə diplomatik münasibətlər qurub.
Bununla əlaqədar olaraq, Gürcüstan tərəfi ölkə hökumətinin 31 may 2018-ci il tarixli qərarı əsasında “Gürcüstan Respublikası və Suriya Ərəb Respublikası arasında diplomatik münasibətlərə dair” sazişin fəaliyyətinə xitam verib.
скачать dle 12.1
Xəbər lenti