Camal Qaşıqçı öldürülməzdən əvvəl Səudiyyə şahzadəsi ilə danışıb

29-10-2018, 14:49
18 920
Camal Qaşıqçı öldürülməzdən əvvəl Səudiyyə şahzadəsi ilə danışıb

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçı  öldürülməzdən əvvəl onunla telefonla danışıb. Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb. Qəzetin yadığına görə, şahzadə onu dilə tutaraq Səudiyyə Ərəbistanına qaytarmağa cəhd göstərib. Ancaq Camal Qaşıqçı Səudiyyə Ərbistanında həbs ediləcəyindən və öldürüləcəyindən ehtiyatlanaraq onun təklifindən boyun qaçırıb.

Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin Konsulluğun binasında öldürüldüyünü etiraf edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Camal Qaşıqçının qətli ilə bağlı bütün həqiqətləri açacağını bildirib. O, oktyabrın 22-də bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

скачать dle 12.1
Xəbər lenti