Zelenskiy NATO rəsmiləri ilə görüşəcək

4-06-2019, 12:52
10 014
Zelenskiy NATO rəsmiləri ilə görüşəcək

Ukrayna Prezident Volodymyr Zelenskiy ölkə başçısı kimi ilk səfərini Brüsselə edir və NATO liderləri ilə görüşəcək.

Zelenskiy iyunun 4-də NATO-nun Baş katibi Jens Stoltenberg ilə görüşməli, alyansın qərargahında NATO-Ukrayna komissiyasının iclasına qatılmalıdır.

Ukrayna prezidentinin ölkənin şərqindəki təhlükəsizlik durumunu, “müharibəni bitirməkdən ötrü beynəlxalq cəhdləri gücləndirməyin yollarını müzakirə edəcəyi” bildirilir, onun idarəsi bu haqda məlumat yayıb.

Sözçüsü Yulia Mendel deyib ki, o, səfəri zamanı Ukraynanın “Avropaya və Avro-Atlantik inteqrasiyaya doğru kursunu” bir daha təsdiqləyəcək.

NATO-Ukrayna komissiyası Kiyevlə alyans arasında əməkdaşlığın əsas formatıdır.

Zelenskiy iyunun 5-də Avropa Şurasının Prezidenti Donald Tusk, Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker və Polşa prezidenti ilə görüşməlidir.

Komediya ustası olan Zelenskiy Petro Poroshenko-nu böyük səs fərqilə məğlub edəndən sonra mayın 20-də and içib.

скачать dle 12.1
Xəbər lenti