Dağıstanda neft tankeri partlayıb, 3 nəfər ölüb

11-06-2019, 17:59
8 430
Dağıstanda neft tankeri partlayıb, 3 nəfər ölüb

Rusiyanın Mahaçqala limanında neft tankeri partlayaraq alovlanıb, üç dənizçi həlak olub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Şimal Qafqaz regionunda filialı daha üç nəfərin xəstəxanaya yerləşdirildiyini bildirir. Hadisə iyunun 11-də səhər tezdən baş verib.

Partlayış vaxtı gəmidə 12 nəfər olub.

İki dənizçinin cəsədi partlayışdan dərhal, üçüncüsü isə bir neçə saat sonra tapılıb.

“Volqa” gəmiçilik şirkətinə məxsus tanker Mahaçqalaya Türkmənistandan gedib, 2 min ton neft daşıyırmış.

скачать dle 12.1
Xəbər lenti