CNN: “ABŞ, Britaniya və Aİ Ukraynada müharibəyə son qoymaq planını müzakirə edirlər”

5-06-2022, 18:50
11 503
CNN: “ABŞ, Britaniya və Aİ Ukraynada müharibəyə son qoymaq planını müzakirə edirlər”

Avropa İttifaqı (Aİ), Amerika Birləşmiş Ştatları (ABŞ) və Böyük Britaniya son bir neçə həftə ərzində mütəmadi olaraq Ukraynadakı müharibəyə danışıqlar yolu ilə son qoymaq planını müzakirə üçün bir araya gəlirlər.

Bu barədə bir neçə mənbəyə istinadən CNN məlumat yayıb. Kanalın həmsöhbətlərinin sözlərinə görə, görüşdə xüsusilə Krımın və Donbasın tam muxtariyyətini nəzərdə tutan İtaliya planı müzakirə olunur.

CNN-in məlumatına görə, bu görüşlərin məqsədi sonrakı müzakirələr üçün Ukraynaya təklif oluna biləcək sülh planının təxmini parametrlərini müəyyən etməkdir.

Məlumatda o da bildirlir ki, Ukrayna bu müzakirələrdə birbaşa iştirak etmir. CNN-in yazır ki, bu, ABŞ-ın mövqeyinə ziddir – “Ukraynasız Ukrayna haqqında heç nə”.

Həm də vurğulanır ki, ABŞ Ukraynaya təzyiq etmir və onu Rusiya ilə danışıqlara sövq etmir.

Bu müzakirələrin Rusiya və Ukrayna arasında danışıqlara gətirib çıxaracağı hələlik bəlli deyil. Telekanalın məlumatına görə, Vaşinqton hələ də münaqişənin diplomatiya yolu ilə həlli üçün real perspektiv görmür.

Eyni zamanda, ABŞ və Qərb rəsmiləri CNN-ə bildiriblər ki, Rusiya və Ukrayna danışıqlar masasına oturub razılığa gəlməsələr, müharibə illərlə uzana bilər.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Rəsmi Moskva qonşu ölkəyə qarşı etdiyi hərbi təcavüzü “xüsusi əmıliyyat” adlandırır.

 

скачать dle 12.1
Xəbər lenti