10 yaşlı qızın qətlindən sonra şübhəlilər saxlanıb

22-05-2019, 18:12
29 835
10 yaşlı qızın qətlindən sonra şübhəlilər saxlanıb

Pakistan hakimiyyəti 10 yaşlı qızın oğurlanaraq zorlanıb qətlə yetirilməsindən sonra üç şübhəlini saxlayıb, dörd polis əməkdaşına qarşı səhlənkarlıq üzrə cinayət işi açıb.

Bu hadisə Pakistanda küçə etirazlarına səbəb olub. Bu ölkədə uşaqlara qarşı cinayətlər tez-tez baş verir, adətən, cəzasız qalır.

Farishta-nın cəsədi paytaxt İslamabadın kənarından, itkin düşəndən dörd gün sonra tapılıb. Qızcığaz mayın 15-də itkin düşüb.

Qızın atası Ghulam Nabi iddia edir ki, polis əməkdaşları onun itkin qızını axtarmayıblar, özüylə də pis davranıblar.

Qızın ailəsi paştun icmasındandır, Pakistanın şimal-qərbindəndir.

Əsasən paştunlar olmaqla, yüzlərlə adam paytaxtda “polis səhlənkarlığı”na etiraz edib.

Oktyabrda hakimiyyət 7 yaşlı Zainab Ansari daxil olmaqla səkkiz uşağı öldürməkdə təqsirli bilinmiş bir kişini edam ediblər.

2018-ci ildə uşaqlara qarşı 3 min 832 zorakılıq halı qeydə alınıb. Bunu Sahil qeyri-hökumət təşkilatı bildirir.

скачать dle 12.1
Xəbər lenti