Vəkil Elçin Sadıqov müvəkkilinə görə hədələnib

4-07-2019, 20:28
13 880
Vəkil Elçin Sadıqov müvəkkilinə görə hədələnib

Dini mövzularda yazan jurnalist Polad Aslanovun vəkili Elçin Sadıqova müvəkkilinin müdafiəsinə problemlər yaradılıb. Elchin Sadıqov özünün facebook hesabında yazıb ki, jurnalisti müdafiə etməməsi üçün öncə ona xəbərdarlıq ediblər. İyulun 3-də isə P.Aslanovun yenidən dindirilməsi barədə vəsatət qaldırmasından sonra istintaqın rəhbərliyi onu hədələyib və təhdid edib. Vəkil gərəkli addımları atacağını, ölkə rəhbərliyinə, əlaqəli bütün strukturlara şikayət edəcəyini, vəkilin təhlükəsiz fəaliyyətinə şərait yaradılmasını tələb edəcəyini açıqlayıb.

Xatırladaq ki, dini mövzularda yazan jurnalist Polad Aslanovu 1 ay əvvəl DTX saxlayıb. Jurnalist dövlətə xəyanətdə ittiham olunur. Onun yaxınları iddia edir ki,  DTX barəsində yazdığı yazılarına görə həbs ediblər. Jurnalistin hərbi xidmətə yararsız olmasını isbat edən sağlıq problemləri olub, ancaq yazılarından dolayı onu 29 yaşında hərbi xidmətə də göndəriblər. Hərbi xidmətdən qayıdıb, yazılarına davam edib. Bir neçə ay keçməyib, dövlətə xəyanət ittihamı ilə həbs edilib.

скачать dle 12.1
Xəbər lenti