Əhməd Əhmədzadə: “Bu il 60-70 min hektar ərazinin su təchizatı yaxşılaşdırılacaq"

17-08-2020, 15:06
11 343
Əhməd Əhmədzadə: “Bu il 60-70 min hektar ərazinin su təchizatı yaxşılaşdırılacaq"

“Ölkə Prezidenti bu il qarşımıza 60-70 min hektar ərazinin su təchizatının yaxşılaşdırılması məsələsini qoyub”.

Mil-Muğan bürosunun verdiyi xəbərə görə, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Sabirabad şəhərində struktur qurumlarla birgə vətəndaş qəbulundan sonra jurnalistlərə açıqlamasında bildirib. Ə. Əhmədzadə deyib ki, dövlətin imkanları artdıqca suvarma layihələrinin hazırlanması imkanları da artır. Azərbaycanda hər il 100 min hektara yaxın sahənin su və meliorasiya təchizatı yaxşılaşdırılırsa, bu, çox böyük rəqəmdir. Ötən dövrlərdə uzun müddətə görülən işlər indi bir ilə görülür. Bu il də ölkə prezidenti bizim qarşımızda 60-70 min hektar ərazinin su təchizatının yaxşılaşdırılması məsələsini qoyub”.

ASC sədri deyib ki, hazırda Yuxarı Şirvan kanalının yenidənqurma layihəsi üzərində iş gedir: “Bu layihə çox böyük və strateji əhəmiyyətə malikdir. İndi Şirvan bölgəsində bu kanal vasitəsi ilə 125 min hektar ərazi suvarılır. Yenidənqurma və bərpa işlərindən sonra Şirvan bölgəsinin suvarılması tam əhatə olunacaq. Bu da əlavə olaraq 115 min hektar ərazinin suvarılmasını yaxşılaşdırılacaq.  Ümumilikdə  Şirvan bölgəsində 230 min hektar suvarılan əkin sahəsi əhalinin ixtiyarına veriləcək. Layihə hazır olduqdan sonra iqtisadi əsaslandırılacaq və Prezident tərəfindən maliyyə məsələlərinə baxılacaq”.

Ə. Əhmədzadənin sözlərinə görə, dövlət torpaqların meliorasiya vəziyyətinə köməklik göstərməli, sahibkar isə bu sudan səmərəli istifadə etmək üçün mütərəqqi suvarma üsullarını tətbiq etməlidir: “Yağış yağdırma, damcılama və sair üsullardan səmərəli istifadə etməklə yaxşı məhsul əldə edilir. Hazırda aqroparklarda bu üsullar tətbiq olunur. ABŞ və Türkiyədən gətirilən və eyni zamanda Neftçalada da istehsal olunan “Pivot” suvarma sistemlərindən istifadə olunur. Bununla yanaşı, dövlət tərəfindən də suvarma aqreqatlarına 40 faiz güzəşt edilir. Bu da insanlara imkan verir ki, az məsrəflərlə böyük qazanc əldə edə bilsinlər”

 

Şahmar Zərdabi

 

 

скачать dle 12.1
Xəbər lenti