Xərçəng xəstəsi özünü xəstəxananın 5-ci mərtəbəsindən ataraq intihar edib

11-11-2016, 12:43
0
Xərçəng xəstəsi özünü xəstəxananın 5-ci mərtəbəsindən ataraq intihar edib

Ağır xəstəlikdən əziyyət çəkən kişi Bakıda müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

“Report”un xəbərinə görə, Milli Onkologiya Mərkəzində müalicə olunan Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Arif Əliyev özünü xəstəxananın 5-ci mərtəbəsindən yerə atıb.

Ağır xəsarət alan A.Əliyev orada ölüb.

Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkdiyində görə xəstəxanaya yerləşdirilib. Güclü ağrılara dözməyən A.Əliyev intihar edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti