Tovuzda ana və uşaq ölümü baş verib.
ARB TV xəbər verir ki, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 21 yaşlı Aytən Dadaşova doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Allahverdiyeva Mahirə – Mərhumun anası: “Mənə gəlib dedilər ki, bəlkə uşağında xəstəlik var? Dedim ki, valla xəstəlik yoxdur. Analiz verdik sağlamdı, mikrob yoxdur. Bumu oldu mənim uşağım”.
Faktla bağlı araşdırma aparılır.