Azərbaycanda vergi olmayan zonalar yaradılacaq

22-11-2016, 16:28
0
Azərbaycanda vergi olmayan zonalar yaradılacaq

Xəbər verdiyimiz kimi, Ələtdə Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması planlaşdırılıb. Bununla bağlı Avropa İttifaqı (Aİ) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı Limanı) texniki yardım göstərəcək. QSC-dən verilən xəbərə görə, “Azad Ticarət Zonası sahəsində Bakı Limanına dəstəyin göstərilməsi” layihəsinin açılışışı olub.

Layihə çərçivəsində Azad Ticarət Zonaları (ATZ) mövzusunda seminar keçirib. Texniki Yardım layihəsinin məqsədi Bakı Limanına ATZ sahəsində Aİ-nın ən qabaqcıl dəstəyinin göstərilməsi, kadrların hazırlanması və təlim ehtiyacları, habelə liman əməliyyatlarında qabaqcıl Aİ praktikasının tətbiqində dəstəyin göstərilməsidir. 100-ə yaxın iştirakçını əhatə edən tədbirin məqsədi iştirakçılara layihə ekspertlərinin təqdimatında Aİ təcrübələrinin nümayiş etdirilməsi və ATZ-lər sahəsində fikir mübadiləsi aparmaqdır. Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edib ki, Bakı Limanı və ATZ-nin qurulması Avropa İttifaqına daxil olan ölkələrlə ticarət dövriyyəsinə ciddi təsir göstərəcək.

“Belə ki, nəqliyyat, logistika, İKT, kənd təsərrüfatı və sair sahədə ixtisaslaşan Avropa şirkətlərinin ATZ-dən faydalanması, özündə böyük bazarlara çıxışı ehtiva edən zonada istehsal sahələrinin qurulmasını mümkün edəcək”. Taleh Ziyadov vurğulayıb ki, nəzərdə tutulan işlərin reallaşdırılması cənab Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, yeni elm tutumlu istehsalların yaradılması və regionların inkişafına dair siyasətinin bir hissəsidir. Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard bildirib ki, sözügedən layihə 1 il müddətində icra olunacaq. Hazırda gələcək layihələr üzərində işlərin aparıldığını bildirib.

скачать dle 12.1
Xəbər lenti