Sınaq imtahanları ilə bağlı TQDK sədrinə müraciət edilib

26-10-2015, 16:30
0
Sınaq imtahanları ilə bağlı TQDK sədrinə müraciət edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Ağstafa şəhərində vətəndaşları qəbul edib. TQDK-dan "Report"a verilən məlumata görə, qəbulda Ağstafa, Tovuz, Qazax rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
 
Görüşdə vətəndaşlar növbəti ildə ali təhsil müəssisələrinə qəbul qaydaları və buraxılış imtahanları, sınaq imtahanlarının sayının artırılması, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı Komissiya sədrinə müraciətlər edib. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
 
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşları da Komissiya sədri M. Abbaszadə dinləyib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
скачать dle 12.1
Xəbər lenti