Təhsil şöbəsi müdirləri və məktəb direktoru işdən uzaqlaşdırılıb

12-11-2015, 14:37
0
Təhsil şöbəsi müdirləri və məktəb direktoru işdən uzaqlaşdırılıb
Azərbaycanda iki rayonun təhsil şöbəsinin müdiri nöqsanlara görə tutduqları vəzifədən kənarlaşdırılıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə vəzifədən azad olunublar.
 
Bundan başqa, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduqları vəzifədən azad ediliblər.
 
Məlumatda o da bildirilib ki, Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb.
скачать dle 12.1
Xəbər lenti