Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin direktoru ilə görüş keçirilib

12-02-2023, 12:22
6 218
Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin direktoru ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kəndis Makdeyqan ilə görüş keçirilib.

Nnazirlikdən məlumat verilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın olduğunu bildirib: “Həmçinin, son illər birgə regional əməkdaşlığımız dinamik şəkildə inkişaf edir”.

Rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev səhiyyə sisteminin təkmilləşdirilməsinin, xüsusilə də rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələ olduğunu bildirib. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Asiya İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən AİB-nin Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. Kəndis Makdeyqan həmçinin qeyd edib ki, cari il ərzində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyası (ÖTS) hazırlanacaq. Onun sözlərinə görə, bu sənəd AİB-Azərbaycan tərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyə sektorunda əməkdaşlığı müəyyən edəcək.

Görüş zamanı ÖTS-nin növbəti dövrü ərzində potensial əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı üzrə əməkdaşlığı müzakirə ediblər.

mo.jpg (7.18 MB)

скачать dle 12.1
Xəbər lenti