Ruslan Nəsirli Razi Nurullayevi necə ifşa etdi?

27-09-2015, 18:40
0
Ruslan Nəsirli Razi Nurullayevi necə ifşa etdi?

Razinin Xalq Cəbhəsindən yeganə sanballı “verbovka”sı da saxta çıxdı. Sən demə Ruslan Nəsirli də kəşfiyyata gedibmiş. Amma adam hər şeyi də içdən öyrənib.

Bu barədə onun özü Facebook səhifəsində yazıb:

“Dostlar, gözləyənlər üçün gözlənilən gözləməyənlər üçün isə vaxtı gəlib çatmış bir sürpriz açıqlamam var.
Təxminən bir ay öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının təklifi ilə hakimiyyətin Xalq Cəbhəsinə qarşı qurduğu Razi əməliyyatını ifşa etmək üçün mən hakimiyyət əlaltılarının sırasına qatıldım.
Mən bütün partiya üçün çəkdiyim əziyyətləri,cəmiyyətdə qazandığım etibarımı partiya mənafeyi uğrunda bir tapşırıqla gözdən çıxardım.
İlk öncə hakimiyyətin partiyamızı dağıtması üçün 3 milyon dollarlıq lahiyəsi olan Razi Nurullayevin dəstəsinə yaxınlaşdım. Bunun üçün hakimiyyətin mənim üçün yaratdığı süni universitet kəsrlərimdən istifadə etdim.
Onlara bu kəsrləri həll etdikləri təqdirdə mən onlar üçün işləyəcəyimi dedim. Əllbətdə, bu yarıtmaz korrupsionerlər üçün Əli Kərimlinin ən fəal və ən yaxın gəncini qazanmaq göydən düşmə idi.
Onlar mənə pul verir, başıma pərvanə kimi fırlanır mənim gözümü örtməyə çalışırdılar. Hətta israr edirdilər ki, mən onların saxta AXCP-nin GK-nin sədri olum.Bunun müqavilində mənə 1000 azn maaşda təklif edirdilər.
Mən isə öz tapşırığımı yerinə yetirirdim. Razi Nurullayevin rayonlarda adamın birini 5-10 manata yığıb orda təyin etdiyi sədrə də 600 manat maaş verərək neçə konfranslar keçirməsinin şahidi yox birbaşa iştirakçısı olurdum.
Ordakı insanlar barədə heç bir fikir demək istəmirəm. Özünüz təsəvvür edin ki, orda hər kəsi bir- birinə pul bağlayır. Pul olmasa hamı dağılar. Hamı ayın axırını gözləyir ki, ona vəd edilmiş pulu ala bilsin. Hətta öz sıralarında olanlara belə Əli bəyə,onun silahdaşlarına qarşı fb-də status yazmaq üçün 100 manat pul verirlər. Bir sözlə, bura siyasi təşkilat yox, əsil komersiya təşkilatı hesab olunur. Hər işin öz qiyməti var. Rayon təşkilataları adı altında yerli icra hakimiyyətlərində işləyənləri, öz tanışlarını yığıb konfrans adı altında şəkil çəkdirmək üçün ayrıca smeta tutulur, adambaşına 10 manat və bir dəfə yemək qarşılığında onları toplantıya cəlb edirdilər. Siz yəqin ki, çoxunuz Nərimanov rayonundakı konfrans adı altında keçrilən yeyib içmək tamaşasının fotosunu görmüsünüz. Razi Nurullayev və ətrafı əsil siyasi korrupsiya mexanizmi yaradıb. O hər belə tədbir üçün hakimiyyətdən adambaşına aldığı vəsaitin bir hissəsini özü kəsir, daha sonra isə onun yanında olan Cavid Musazadə və Rafiq Daşdəmirli ayrılan pullardan bacara bildikləri qədər kəsib, yığıncağa gətirilənlərin qiymətini “öldürməyə” çalışırlar. Əsl siyasət bazarı qurulub orda. Beləliklə də aşağılara şox az bir məbləğ gedib çıxır.
Öz aralarında isə danışırlar ki, Razi qeyri- ciddi adamdır, harada qırıla-qırıla, biz pulumuzu qazanırıq. Bir dəfə mən şahidi oldum ki, Razi Nurullayev ofisə çox pərt gəlmişdi və yanındakılar bildirdilər ki, yuxarıda onu bərk danlayıblar ki, oradan- burdan adamları yığıb şəkil çəkdirməyin nə mənası var? Tələb edirlər ki, Xalq Cəbhəsindən real adamlar qoparsınlar.
Dostlar uzun yazıb sizləri yormayım. Bu qrupun iflas etdiyi aydındır. Razi Nurullayyev üzərinə qoyulan nalayiq işi uğurla görə bilmədiyi üçün hakimiyyət ona vəd edilmiş deputat yerini də ona vermədi. Bilirəm ki, hamını maraqlandıran bir məsələ də olacaq, ” aldığın pullar hanı?”.
Şükür olsun Allaha ki, Ata və Anamdan sonra Əli Kərimli məktəbi keçmiş bir gəncəm. Boğazından haram tikə keçə bilməz. O pulları onlara qaytarmaq fikkirində deyiləm, amma onu özüm üçün də xərcləmirəm.
Yaxın zamanda ictimayyətə bu barədə məlumat da verəcəyəm.
İndi isə gedirəm sabahkı qurultayımıza hazırlaşmağa… Sabah bütün dostlarla görüşəcəm. Allah amanında…”

скачать dle 12.1
Xəbər lenti