Şəkidə AXCP fəalları saxlanıldı

11-11-2015, 16:23
0
Şəkidə AXCP fəalları saxlanıldı
Şəkidə polis AXCP-nin 3 fəalını saxlayıb. Partiyanın yerli şöbəsinin fəalları Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov noyabrın 10-u axşam saatlarında oturduqları çey evindən aparılıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı feysbuk səhifəsində məlumat paylaşıb.
 
G.Bayramlı yazır ki, polis şöbə fəallarının oturduğu çay evinə basqın edib və onları saxlayaraq idarəyə aparıb. İdarədə Aydın Əliməmmədovdan izahat alınaraq, bu gün məhkəməyə gəlməsi şərtilə sərbəst buraxılıb. Mübariz Əbdülkərimov və Samir Həsənov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) ittihamı ilə protokol tərtib olunub. Bu gün hər 3 cəbhəçi məhkəməyə çıxarılacaq.
 
G.Bayramlı AXCP fəallarının saxlanmasını Şəki şöbəsinin yerli hakimiyyəti narahat edən fəaliyyəti ilə izah edib.
скачать dle 12.1
Xəbər lenti