AXCP Rəyasət Heyətinin iki üzvü “Kürdaxanı” təcridxanasına köçürülüb

27-09-2016, 20:58
0
AXCP Rəyasət Heyətinin iki üzvü “Kürdaxanı” təcridxanasına köçürülüb

Həbsdə olan AXCP rəyasət heyətinin üzvləri növbəti məhkəmə proseslərinə görə 1saylı Bakı istintaq Təcridxanasına köçürülüb.
Sentyabrın 28-də Ali Məhkəmədə Məmməd İbrahimin kasasiya şikayətinə baxılacaq. Proses saat 11:30-da baş tutacaq.
İki gün sonra isə AXCP üzvü, ikinci qrup Qarabağ əlili Asif Yusifli ilə bağlı Bakı Apellyasiya məhkəməsində proses keçiriləcək. Asif Yusiflinin təqsirləndirildiyi maddənin tövsifində dəyişiklik olduğundan onun barəsindəki cinayət işi az ağır cinayətlər koteqoriyasına aid edilib. Nizami rayon məhkəməsinin qərarı ilə onun barəsindəki Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən 178.2.2 maddəsinə dəyişsə də həbs müddəti 6 il olaraq saxlanılıb. Bu qərardan verilmiş apellyasiya şikayətinə sentyabrın 30-da baxılacaq.

скачать dle 12.1
Xəbər lenti