KXCP fəalının yaxınları polis idarəsinə aparıldı.

26-12-2017, 15:53
7 391
KXCP fəalının yaxınları polis idarəsinə aparıldı.

Redaksisiyamıza daxil olan məlumata hal hazırda Fransada siyasi mühacirətdə olan KXCP fəalının Səlyandakı ailə üzvləri Səlyan rayon Baş Polis idarəsinə aparılaraq 2 saata yaxın sorğu edilmişdir. Belə ki, dünən 24 dekabr 2017 ci-il tarixdə Səlyan rayon Baş Polis idarəsinin əməkdaşları Fransada mühacirətdə yaşayan Namiq Abbasovun bacısı Səlyan rayon Arabatan kəndində yaşayan Ülkər Mikayılovanın yaşadığı ünvana gələrək Polis idarəsinə aparıblar. Məsələ ilə bağlı Namiq bəyin bacısı Ülkər xanımla əlaqə saxlayaraq onu nə ücün Polis idarəsinə aparılmasını öyrənməyə calışdıq. Ülkər xanımın bizə bildirdiyinə görə onu Polis idarəsinə aparılmasına səbəb qardaşı Namiq Abbasovun Fransada  Azərbaycan Hakimiyyətinə qarşı bir cox mitinqlərdə fəal iştirakına görə aparmışlar. Həttda 23 12 2017 Fransada “Siyasi Məhbuslara Azadlıq” şüarı altında kecirilən mitinqdə qardaşım Namiq Abbasov təşkilatcılarından olmuşdur. Ülkər xanımın bildirdiyinə görə Polis Mayoru Hakim Məmmədov adında zabit onu təhdid edərək qardaşını Azərbaycana gətirməsən sizin həyat yoldaşınızı həbs edəcəyin və sizi övladlarınızın üzünə həsrət qoyacayıq deyəyər ona hədə qorxu gəlmişlər. Xatırladaq ki, Namiq Abbasov 23 dekabr 2017 ildə Fransada kecirilən mitinqin fəallarından olmaqla yanaşı mitinqdən öncə mitinqi sosiyal şəbəkədə ciddi şəkildə təbliğatını aparmışdır. Səlyan rayon Baş Polis İdarəsindən məsələ ilə bağlı münasibət öyrənmək istədik ama cəhdlərimiz baş tutmadı.

скачать dle 12.1
Xəbər lenti