"Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb" - Həsən Ruhani

14-12-2020, 18:39
8265
"Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb" - Həsən Ruhani

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tanıdığıma görə onun İrana və İranın ərazi bütövlüyünə hörmətsizlik etdiyinə inanmıram.

Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani media mənsubları ilə mətbuat konfransında deyib.

H.Ruhaninin sözlərinə görə, Türkiyə tərəfinin bildirdiyinə əsasən, Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb: “Buna əsasən, Türkiyə prezidentinin çıxışını tam şəkildə dəyərləndirmək lazımdır”.

İran prezidenti deyib ki, İranda bu məsələyə reaksiyanın göstərilməsi başa düşüləndir. Çünki ərazi bütövlüyü İran üçün önəmlidir.


Xəbər lenti