İlham Əliyevin sağ əli Zahid Oruc onu betər ifşa edib

4-02-2023, 10:56
5 250
İlham Əliyevin sağ əli Zahid Oruc onu betər ifşa edib

Belə ki, Zahid Oruc 2013-cü ildə “Azadlıq” qəzetinə verdiyi açıqlamada (məqaləni şərh bölməsinə qoyuram) açıq-aydın 2020-ci ilin noyabr bəyannaməsinə doğru gedən planı söyləyib. Qısası, deyib ki, Rusiya Qarabağı nəzarətinə götürmək istəyir, orda özünə tabe olan bir idarəetmə yaradıb, Azərbaycanı təzyiq altında saxlaymaq niyyətindədir.

Beləliklə, açıqlamadan bu qənayətə gəlirik.
Zahid Orucun gördüklərini İlham Əliyev görə bilməyib. Deməli, İlham Əliyev siyasi fəhm barədə Zahiddən çox zəifdir.

Ya İlham da bu təhlükəni görüb, sadəcə fərsizliyindən illər boyunca bu təhlükəni sovuşdurmaq barədə bir şey edə bilməyib. Nəhayətdə Rusiya Qarabağla bağlı arzusuna çatıb.

Sonuncu variant: İlham Əliyev də Zahid kimi bu planı bilib, sadəcə onun qabağını almağı yox, həyata keçməsi üçün çalışıb. Bu halda İlham Rusiyanın qubernatorudur.

Ümid edək, açıqlaması təzədən yayılandan sonra Zahid bir barmağının kəsilmə riskinə görə dönüb haqdan qaçmayacaq”.

скачать dle 12.1
Xəbər lenti