Twitter dünya miqyasında problemlə üzləşib

19-11-2015, 17:16
0
Twitter dünya miqyasında problemlə üzləşib
Dünyanın müxtəlif yerlərində Twitter sosial şəbəkəsinə daxil olmaqda çətinliklər yaranıb. 
 
Bir çox istifadəçi Twitter-in yerinə ağ bir səhifə açıldığını bildirir.
 
Bəzi istifadəçilər Twitter tətbiqlərinin işlədiyini söyləsə də, Twitter-in mobil tətbiqləri də "Hazırda Tweet almaq olmur" xətası göstərir.
 
Twitter-in status səhifəsindən hələlik heç bir açıqlama verilməyib.
 
Qeyd edək ki, analoji problem Azərbaycanda da müşahidə edilir.
скачать dle 12.1
Xəbər lenti