Azərbaycana mobil telefon idxalı məhdudlaşdırılır

3-08-2016, 17:01
0
Azərbaycana mobil telefon idxalı məhdudlaşdırılır

Bundan sonra Azərbaycanın hər bir vətəndaşı ölkəyə şəxsi istifadəsi üçün iki il ərzində yalnız bir mobil telefon gətirə biləcək.

Bu barədə ölkənin telekommunikasiya sektorundakı mənbə bildirib.

Telefon şirkətləri müflis olmaq həddindədir Mənbə bildirib ki, yaxın vaxtlarda qüvvəyə minəcək yeni qayda ölkəyə «boz» (yəni qeydiyyatsız) telefonların gətirilməsi ilə mübarizəni daha effektiv aparmağa imkan verəcək. Bu isə öz növbəsində dövlət büdcəsinin gəlirlərini artıracaq.

Qeyd edək ki, hazırda Azərbaycanda mobil telefonların «boz» bazarının həcmi ümumi bazarın 80%-i qədərdir. Mənbə bildirib ki, yeni qaydaların tətbiqi rəsmi distribütorların fəaliyyətinə mənfi təsir göstərir, nəticədə bəzi şirkətlər müflisləşmə həddindədirlər.

Qeyd edək ki, gözlənilən yeni qaydalara əsasən, xaricdən alınan telefonların qeydiyyatı vətəndaşın şəxsiyyət vəsiqəsi və ya xarici pasportundakı identifikasiya nömrəsi əsasında həyata keçiriləcək. Qeydiyyat zamanı vətəndaşa bildiriləcək ki, o yeni telefonun qeydiyyatı üçün yalnız iki ildən sonra müraciət edə bilər.

Mənbə bildirib ki, indiyədək «boz» telefonlara görə, büdcə hər il 50 milyon dollar vergi itirir. Belə ki, hər ay mobil qurğuların İMEİ-kod sistemində 50 min yeni telefon qeydiyyatdan keçirilir. Halbuki rəsmi telefon idxalı 20 mindən artıq deyil.

Mənbə bildirib ki, mobil telefonların əksəriyyəti bazara qaçaqmalçılıq yolu ilə gətirilir, bir hissəsi isə ölkə daxilində şəxsi istifadə üçün alınır. 

скачать dle 12.1
Xəbər lenti