Bizim Ağaxan müəllim...

1-07-2022, 17:33
32 207
Bizim Ağaxan müəllim...

Biz müəllim dedikdə “Bizim Cəbiş müəllim” filmində ki Cəbiş müəllim obrazı gözlərimizdə canlanır.

Bu filimdə Cəbiş müəllimin ən çətin zamanda belə şərəfi, namusu, vətən sevgisini, xalq sevgisini özündən və ailəsindən belə yüksəkdə tutduğunu görürük. Fiziki problemləri olsada hər kəsdən qabaq  müharibəyə gedib düşmənlə vuruşmağa hazır olduğu heç kimdə şübhə yaratmasada, yenədə necəsə müharibənin gedişinə bacardığı yardımı əsirgəmədiyinidə açıq aydın görmək olur.   

Bu gün biz sizə fiziki  sağlam, hərbiçi kimi zabit olan müəllimimizin real həyatda müəllim kimi ilər ərzində xalqına xidmət etdiyinə rəgmən, II – vətən müharibəsində Ali Baş Komandan, Arərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarının və xalqın səsinə səs verərək, qələmi yerə qoyub, silaha sarılaraq ürəklə bir zabit kimi döyüşlərdə iştirak etdi.

Əlbətdə ki biz, Cəlilabad Rayon Təhsil şöbəsinin müdürü Ağaxan Çapar oğlu Ağayev haqqında danışırıq.
Ağaxan Çapar oğlu Ağayev 1976 - cı ildə Cəlilabad rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra, i994  - cü ildə Bakı Dövlət Universitetinin mexanika - riyaziyyat fakültəsin daxil olub. 1997 - ci ildə Bakı Dövlət Universitetini bitirib.

2011 - 2014 - cü illərdə Lənkəran Dövlət Universitetində riyazi analiz ixtisası üzrə magistr təhsili alıb.

1997 - 2003 - cü illərdə Cəlilabad rayonu Abazallı kənd tam orta məktəbində riyaziyyat müəllimi, 2003 - cü ildən Cəlilabad Rayon Təhsil Şöbəsində metodist, 2014 - cü ildən isə aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2020 - ci ildə II – vətən müharibəsində iştirak etmək məqsədi ilə vətənpərvər insan kimi müəllim qələmini yerə qoyub, silahha sarılıb. Müharibədə cəsarətlə döyüşlərdə iştirak edərən leytinant Ağaxan Çapar oğlu Ağayev yaralanıb.

18 - yanvar 2020 -ci ildəAli Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçu kimi  Qarabağ qazisi, leytinant Ağaxan Çapar oğlu Ağayev“Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Təhsil nazirinin 21 - yanvar 2021 - ci il tarixli, K - 52 nömrəli əmri ilə Ağaxan Çapar oğlu Ağayev" 2 - ci, dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi verilib. 
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 26 - may 2021 - ci il tarixli, 84 - nömrəli əmri ilə Ağaxan Çapar oğlu Ağayev
Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilib.

Cəliləbad rayonunun fəxri olan Ağaxan Çapar oğlu Ağayev, Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri kimi Rayonda təhsil alan şagirdlərlə yanaşı rəhbərlik edtiyitəhsil işçilərinin qayğısına qalmaqla yanaşı, Allaha, vətənə, xalqa və ölkə rəhbərliyinə sədaqətlə xidmət etməyin şərəvli vətəndaşlıq borcu olduğunu, yaxşı təhsil almağın isə xalqın, vətənin və ölkə rəhbərliyinin başını üça saxlamağ üçün bir vasitə olduğunu bir nümunə kimi göstərir. Ağaxan Çapar oğlu Ağayevin rəhbərliyi ilə Cəlilabad rayon təhsilinin inkişafı göz qabağındadır.
Bizdə redaksiyamızın adından Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Ağayev Ağaxan Çapar oğlunun işlərində müvəffəqiyyətlər arzu edirik.

скачать dle 12.1
Xəbər lenti