Ağcabədidə pul növbəsi - təqaüdçülər zülmdə (Fotolar)

23-09-2015, 19:32
0
Ağcabədidə pul növbəsi - təqaüdçülər zülmdə (Fotolar)
Ağcabədi rayonunda bankomat gərginliyi yaşanıb. Musavat.org müxbiri xəbər verir ki,  sentyabrın 21-dən etibarən təqaüdlər verilməyə başlayıb, təqaüdçülər gecə saatlarından bankomatların qarşısında gərgin anlar yaşayıblar, zaman-zaman bu gərginliklər üst səviyyəyə çıxıb, əhali arasında növbə üstündə mübahisələr yaşanıb. Bankomatların qarşısındakı gərginlik 22 sentyabr səhər saatlarından etibarən axşam saatlarınadək davam edib. Qeyd edək ki, təqaüdlər “Kapital Bank”  tərəfindən verilir, Ağcabədi rayonunda “Kapital Bank”ın bankomatları kifayət qədər olmadığına görə təqaüdlər verilən zaman hər ay belə xoşagəlməz hadisələr yaşanır, hətta dava-dalaşlara da səbəb olur.  Bankomatların sayının az sayda olması təqaüdçülər arasında narahatlıq yaradır. Pullarını  almaq üçün uzaq kəndlərdən Ağcabədinin mərkəzinə gələn təqaüdçülər kəndlərin çoxunda bankomatların olmadığını bildirirlər. Təqaüdçülər daha çox yaşlı əhalindən ibarət olduğu üçün uzun saatlar bankomat qarşısnda növbə gözləmək onların səhhətlərinə mənfi təsir edir. 
Təqaüdçü Tahir Zeynalov musavat.com müxbirinə bildirib ki, hər ay belə zülm yaşayır,  140 manat təqaüdünü almaq üçün saatlarla gözləmək məcburiyyətində qalır. O, problemdən çıxış yolunu ancaq bankomatların sayının çoxaldılmasında görür.  Digər təqaüdçü Sahib Əliyev qoca vaxtında ayaq üstdə səhər saat 8-dən saat 11-ə kimi bankomat qarşısında gözləməkdən yorolduğunu bildirir. S.Əliyev bank rəhbərliyindən xahiş edir ki, Ağcabədinin kəndlərində, rayon mərkəzində bankomatların sayı çoxaldılsın, başqa yerlərdə də quraşdırılsın.
 
Təqaüdçü Elburus Səfərov deyir ki, “70 yaşım var, iki saatdır pensiyamı almaq üçün gözləyirəm, pensiyamı alıb kreditimi keçirməyə getməliyəm, gecikdirəndə də bank mənə cərimə yazacaq, ona görə də gözləmək məcburiyyətindəyəm. Yaxşı olar ki, bu küçədə bir yox, ən azı iki bankomat quraşdırılsın.” 
 




скачать dle 12.1
Xəbər lenti