Bəşər Əsəd hakimiyyəti tərk etməlidir

25-09-2015, 17:29
0
Bəşər Əsəd hakimiyyəti tərk etməlidir

Avropalı nazirlər Suriyada münaqişənin dayandırılması üçün rejimin dəyişməsini əsas görüblər.

Avropa liderləri Suriya münaqişəsinə dair müzakirərlər aparmaq məqsədilə Fransanın paytaxtı Parisdə bir araya gəliblər. ANS PRESS-in məlumatına görə, görüş Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri arasında baş tutub. Tərəflər münaqişənin həllinə nail olmaq üçün atıla biləcəklər addımları müzakirə ediblər. Eyni zamanda, Rusiyanın Suriyada hərbi fəallığı məsələsi də müzakirə mövzusu olub. Nazirlər Suriyada münaqişənin dayandırılması üçün rejimin dəyişməsini əsas görüblər.

“Biz fikrimizi açıq ifadə etmişik. Düşünürəm ki, Suriyanın gələcəyi Əsədin hakimiyyətdə qalması ilə qurula bilməz. Əsədə keçid prosesində bir rol verməyə hazırıq, lakin prosesin sonunda o hakimiyyəti tərk edəcək və yeni Suriyanın onsuz inşa olunmasına icazə verəcək.” – deyə Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond bildirib.

Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Suriyada artıq 5 ildir ki, münaqişənin davam etdiyini və bu müddətdə 250 mindən çox insanın öldüyünü bildirib. Onun sözlərinə görə, münaqişəyə dərhal son qoymaq lazımdır. Və bu proses benynəlxalq ictimaiyyətlə razılaşdırılmış şəkildə baş tutmalıdır.

скачать dle 12.1
Xəbər lenti